Eyfel qülləsi İstanbul terroru qurbanlarının xatirəsinə Türkiyənin bayrağının rənglərinə boyanacaq
30 İyun 2016 18:33 DünyaFransanın rəmzi sayılan Eyfel qülləsi bu gün axşam saatlarında, iyunun 28-də İstanbulun Atatürk hava limanında baş vermiş dəhşətli terror aktı qurbanlarının xatirəsinə Türkiyənin dövlət bayrağının rənglərinə boyanacaq. Bu barədə RİA Novosti xəbər verir.
Paris merinin birinci müavini Bryuno Julyar bildirib ki, bu, Parisin terror qurbanlarının ailələrinə və bütün türk xalqına dəstəyinin rəmzi olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00