Yerevanda polis müxalifətçinin evinə soxulur

Yerevanda "Yeni Ermənistan"ın liderlərindən biri Qaro Yeqnukyanın evinə polis soxulur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifətçi liderin həyat yoldaşı - ictimai fəal Ruzan Yeqnukyanı həbs etmək istəyirlər, lakin o, polisi evə buraxmır.

Roma Papasının Yerevana səfərinin başladığı gün Qaro Yeqnukyanın qızı Elmone Yeqnukyan həbs edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00