Məktubları 15 minə satıldı
30 İyun 2016 19:30 Dünya"Bonhams Hərrac Evi"ində məşhur aktrisa Audrey Hepburnun məktubları satılıb.
Qafqazinfo bildirir ki, qurum aktrisanın 1951-60-cı illərdə dostu Sir Felix Aylmerə göndərdiyi 10 məktubun satıldığını açıqlayıb.
Məktublar adı açıqlanmayan bir nəfər tərəfindən 15 min 500 dollara alınıb.
Qeyd edək ki, aktrisa nişanlısı Ceyms Hansondan ayrıldıqdan sonra kədərini dostu ilə bölüşmüş, ona xeyli sayda məktublar göndərmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00