Rafael Dadaşov keçmiş xanımından danışdı
30 İyun 2016 19:17 Dünya"Sədaqət xanımla 1969-cu ildə toyumuzu etmişik. 4 övladımız var. Deməzdim ki, indi bir yerdəyik. Düzdür, hərdən görüşürük. Həmişə onun və uşaqlarımın yanındayam".
Məlumata görə, bu sözləri xalq artisti Rəfael Dadaşov "10-dan sonra" verilişinə açıqlamasında deyib.
Aktyor keçmiş həyat yoldaşı ilə münasibətlərindən bəhs edib:
"Ailə kimi bir yerdə deyilik. Əsas odur ki, əlaqəmiz, get-gəlimiz var, oturub-dururuq. Amma ayrı evlərdə yaşayırıq".
Qeyd edək ki, aktrisa Sədaqət Dadaşova bu yaxınlarda Türkiyədə evlilik verilişinə qatılması ilə gündəmə gəlmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00