Dəmirtaş prokurorluğa çağrıldı, getmədi
30 İyun 2016 17:20 DünyaTürkiyənin Xalqların Demokratiyası Partiyası( HDP) liderlərindən sayılan Səlahəddin Dəmirtaşprokurorluğa çağırılıb.
Lent.az bildirir ki, Mersin şəhərində baş verən hadisələrlə bağlı açılan cinayət işi çərçivəsində S.Dəmirtaş Ankara Baş Prokurorluğuna ifadə verməyə çağırılıb.
Ankara Baş Prokurorluğu Səlahəddin Dəmirtaşdan başqa HDP-çi millət vəkilləri Dirayət Daşdəmirvə Bedran Öztürkü də ifadə vermək üçün çağırıb.
Dəmirtaş isə Ankara Prokurorluğunun onu çağırmasına baxmayaraq ifadə verməyə getməyəcəyini bildirib.
Qeyd edək ki, bir müddət öncə Dəmirtaşın millət vəkili kimi toxunulmazlığı əlindən alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00