Türkiyə-İsrail anlaşması Knessetdə yumruq davasına səbəb oldu
30 İyun 2016 16:34 DünyaTürkiyə ilə münasibətlərin bərpasının müzakirəsi İsrail parlamentində dava ilə yekunlaşıb.
Avropa.info bildirir ki, deputatlardan biri hakimiyyəti qatil adalandırıb. O, 2010-cu ildə İsrail əsgərlərinin "Mavi Mərmərə" gəmisindəki insanlara atəş açmasını xatırladıb. O, zaman 6 gəmidən ibarət "Azadlıq donanması" Qəzza əhalisi üçün humanitar yardım daşıyırdı.
Anlaşmanın əleyhdarları deyiblər ki, əvvəlcə Təl-Əviv rəsmi şəkildə Ankaradan üzr istəməlidir, sonra münasibətləri bərpa etməlidir. Knessetdə olan deputatların hamısı bu mövqeyi bölüşməyib. Əvvəlcə sözlü atışma olub, daha sonra deputatlar yumruq davasına çıxıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00