"Canlı bomba" özünü partlatdı: Xeyli sayda ölən var

Əfqanıstan paytaxtı Kabulun kənarında hərbi konvoya hücum etmiş şəxs 40 nəfərə yaxın adamı qətlə yetirib.

Bu barədə rəsmilər bildirir.

Musavat.com bildirir ki, məzuniyyət tədbirindən gələn kursantları daşıyan maşınlarda iki bomba partlayışı olub.
Pağman Rayonu qubernatoru Hacı Məhəmməd Musa Xan BBC-yə bildirib ki, xeyli sayda yaralı var.

Hadisəyə görə məsuliyyəti "Taliban" qruplaşması öz üzərinə götürüb.

Bir həftə bundan əvvəl avtobusa hücum nəticəsində 14 nəfər həlak olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00