Obama neftlə bağlı proqnoz verdi
30 İyun 2016 14:16 DünyaTez, ya gec neftin qiyməti yenidən artacaq.
"National Observer" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.
"Hazırda neft ucuzdur, lakin bahalaşacaq. Neftin qiyməti daha da artacaq. Çünki neft məhdud təbii sərvətdir və onun hasil edilməsi bahalı proses olacaq", - deyə prezident Ottavada Şimali Amerika ölkələri liderlərinin sammitində çıxışı zamanı bildirib.
Obama, həmçinin ekoloji təmiz enerji mənbələrini tətbiq etməyə çağırıb: "Texnologiyalar durmadan inkişaf edir, günəş energetikası, külək enerjisi, hidroenergetika, bioreaktorlar, həmçinin daha əvvəl bizim heç düşünmədiyimiz texnologiyalar yaranır, inkişaf edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00