Atatürk hava limanındakı terrorçulardan biri Çeçenistan əsilli ola bilər
30 İyun 2016 12:18 Dünyaİstanbulun Atatürk hava limanında özünü partlatmış 3 intiharçı-terrorçudan biri Çeçenistan əsilli ola bilər. Bu barədə TASS agentliyi məlumat verir.
Həmin şəxs Türkiyəyə İŞİD-in tutduğu Suriyanın Rəqqa şəhərindən gəlib.
Bəzi KİV-lərin məlumatına görə, onun adı Osman Vadinovdur.
Qeyd edək ki, iyunun 28-də Atatürk hava limanında baş vermiş terror aktında 42 nəfər ölüb, 239 nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00