İtaliyalılar Fransada həbs edildilər
30 İyun 2016 12:04 DünyaFransada keçirilən Avropa çempionatında növbəti xoşagəlməz hadisə yaşanıb.
Qafqazinfo bildirir ki, bu dəfə italiyalı azarkeşlər problem yaradıblar.
Hadisə 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliya - İspaniya (2:0) qarşılaşmasından sonra yaşanıb. Belə ki, bir qrup italiyalı fanat polisi təhqir edən plakatlar açıb və şüarlar səsləndirib.
Məsələni araşdıran yerli polis görüntülərin videoyazısını izlədikdən sonra 3 azarkeşi təqsirli bilərək həbs edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00