Lavrov: “Türkiyə ilə Suriya mövzusunda danışıqları bərpa edəcəyik”

"Rusiya Türkiyə ilə Suriya böhranının həlli yollarının axtarılması istiqamətində danışıqları bərpa edəcək".

Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey LavrovParisdə fransalı həmkarı Jan-Mark Eyro ilə görüşdən sonra birgə keçirilən mətbuat konfransında bildirib. "Hesab edirəm ki, Rusiya və Türkiyə Suriya böhranının həlli yollarının axtarışı istiqamətində qarşılıqlı fəaliyyəti bərpa edəcək", - deyə o, söyləyib.

S. Lavrov iyulun 1-də Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN başçılarının iclasında türkiyəli həmkarı ilə görüşəcəyini də deyib: "Türkiyəli həmkarımın xahişi ilə ikitərəfli görüş keçiriləcək. Orada bu məsələləri müzakirə edəcəyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00