"Survivor"un final tarixi dəyişdi
29 İyun 2016 19:55 DünyaTV8 ekranlarında yayımlanan "Survivor 2016" yarışmasının finalı bu axşam baş tutmalı idi.
Türkiyə mətbuatının məlumatına görə, İstanbulda Atatürk hava limanında baş verən terror hadisəsindən sonra proqramın vaxtı dəyişdirilib. Bu barədə rəsmi açıqlama telekanalın tvitter səhifəsində verilib.
Serkay və Atakan arasında final iyunun 30-da baş tutacaq.
Qeyd edək ki, dünən terror hadisəsi baş verən zaman aparıcı Acun İlıcalı proqramı çox uzatmadan bitirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00