Ruslar barışığı bayram etdi

Türkiyənin Antalya şəhərində yaşayan ruslar iki ölkə arasında münasibətlərin bərpa olunmasını bayram ediblər.

Anspress bildirir ki, bayram tədbiri rus diasporasının iştirakı ilə Belek də Alva Donna oteldə təşkil edilib.

"Rusiya-Türkiyə münasibətlərinin inkişafı müsbət zonaya keçdi. Biz ümid edirik ki, münasibətlər daha da yaxşılaşacaq", - deyə cəmiyyətin sədri İrina Balcı bildirib.

İki ölkə arsında münasibətlər gərgin olan zaman Alva Donna oteli hər zaman rus daisporuna dəstək nümayiş etdirib. Otel müxtəlif layihələrdə cəmiyyəti maliyyələşdirib.

Bayram tədbirində otelin baş əlaqələndiricisi Şevket Belen çıxış edib. O, bütün tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00