Türkiyəli məşhur aktyor öldü
29 İyun 2016 19:33 DünyaTürkiyənin məşhur teatr və serial aktyoru Nezih Tuncay dünyasını dəyişib.
Qafqazinfo bildirir ki, bu barədə aktyorun oğlu Semih Tuncay məlumat yayıb.
"Canım atam- Nezih Tuncayı bu gün itirdik. Bu çətin gündə bizə dəstək olan dostlarımıza təşəkkür edirik. Allah kimsəni sevdiyindən ayırmasın",- deyə S.Tuncay bildirib.
Xatırladaq ki, 71 yaşlı məşhur bir neçə ay əvvəl səhhətində problem yaranmış, xəstəxanaya yerləşdirilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00