Peskov: "Putin-Ərdoğan görüşünün yeri və tarixi diplomatik kanallarla müəyyənləşdiriləcək"
29 İyun 2016 16:23 Dünya"Rusiya və Türkiyə prezidentləri arasında görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcək".
"RİA Novosti"nin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, bu gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Türkiyə tərəfi prezidentlərin görüşü barədə razılığa gəlindiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00