Qarabağa daha bir qanunsuz səfər

Bu dəfə beynəlxalq hüququ amerikalı səfir pozub
 

ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Dağlıq Qarabağa səfər edib. Ermənistan KİV-i xəbər verir ki, işğal olunmuş torpaqlara səfəri zamanı Evans separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşdə "Ermənistanın uşaqları" təşkilatının sədri Karo Armen də iştirak edib. Con Evans Qarabağa yardım göstərən həmin təşkilatın direktorlar şurasının məsləhətçisidir. O, 2006-cı ilin sentyabrına qədər ABŞ-ın Ermənistandakı səfiri olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00