10 gün sonra toyu olacaqdı, terrorda öldü

Atatürk hava limanında baş verən partlayışdan sonra yaxınlarından xəbər ala bilməyənlər Məhkəmə Tibbi Ekspertiza İdarəsinin qarşısına yığışıblar.

Qafqazinfo bildirir ki, şəxsiyyəti təyin olunan 27 cənazədən 18-i artıq ailələrinə verilib.

Terakt hadisəsində həyatını itirən Yusuf Haznedaroğlunun da cənazəsi artıq ailəsinə təhvil verilib. Yaşasaydı, 10 gün sonra Yusufun toyu olacaqdı. Hava limanında işləyən Yusuf iş çıxışı avtomobil gözləyən zaman partlayış baş verib.

Digər yaxınlarından xəbər ala bilməyən ailələr isə Tibbi Ekspertizanın qarşısında gözləməyə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00