Türkiyədə birgünlük matəm elan olunub
29 İyun 2016 15:29 Dünyaİstanbulun Atatürk Hava Limanında törədilən terror aktlarına görə Türkiyədə birgünlük matəm elan olunub.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
İnformasiyaya görə, iyunun 30-da ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endiriləcək.
Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları nəticəsində 41 nəfər ölüb, 239 nəfər yaralanıb. Ölən və yaralananların sayının artacağı istisna olunmur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00