ŞOK: Türkiyə tırları Ermənistana ərzaq daşıyır

Türkiyənin bir sıra şirkət və firmaları Ermənistana müxtəlif növ mal və məhsullar satırlar. Bu barədə "OLAYLAR"-a açıqlama verən Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mücadilə Dərnəyinin sədri Göksəl Gülbəy deyib ki, satış əsasən Ermənistan-Gürcüstan sərhəddini keçməklə həyata keçirilir: "Təssüflər olsun ki, ermənilər dünya miqyasında Türkiyəni aşağıladığı, onu soyqırım həyata keçirməkdə əsassız olaraq ittiham etdiyi, Azərbaycanın 20 fazi ərazilərini işğal altında saxladığı halda, bəzi işbazlar ermənilərin maraqlarına

xidmət edən addımlar atırlar. Gürcüstan sərhəddini keçməklə Ermənistana gedən Türkiyə tırları vasitəsilə ermənilərə türk malları satılır. Bu gün ermənilərə mal və məhsul satan bu cür insanlar sabah Vətəni də satarlar". Göksəl Gülbey deyib ki, Gürcüstan sərhədiini keçməklə Ermənistana mal aparanlar əsasən Türkiyədə yaşayan kürdlər, ermənilər və Qara dəniz bölgəsində yaşayan lazlardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00