İstanbul terroru Türkiyəyə xəbərdarlıq məqsədi daşıyır

İstanbul Hava Limanında törədilən terror aksiyası Türkiyəyə xəbərdarlıq məqsədi daşıyır.

İstanbul Hava Limanında törədilən terror aksiyası Türkiyəyə xəbərdarlıq məqsədi daşıyır. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev səsləndirib. O, bildirib ki, "İstanbulda törədilən terror aktı Türkiyə hakimiyyətinin Rusiya və İsraillə münasibətləri bərpa etmə cəhdinə qarşı yönəlib: "Görünən odur ki, Türkiyəni hansısa məqamda yeni yaradılan əlaqələrə görə ciddi cəhdlə təhdid etməyə çalışırlar. Türkiyə yeni koalisyanın yaradılmasına meyillidir. Təbii ki burada söhbət terrora qarşı vahid cəbhənin yaradılmasından gedir. Bu cəbhənin əsas tərəfləri isə Türkiyə, Rusiya və israildir. Hər nə olursa olsun biz hər zaman Türkiyənin yanında olmalı, onları dəstəkləməliyik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00