Jirinovski: “Gələcəkdə Türkiyə bizə Ermənistandan da yaxın olacaq"
29 İyun 2016 14:57 Dünya"Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq".
Məlumata görə, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.
O bildirib ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq: "Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir".
V. Jirinovskinin fikrincə, Rusiya-Türkiyəyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00