İstanbulda törədilən terror aktları nəticəsində ölən və yaralananların sayı artıb
29 İyun 2016 14:46 Dünyaİstanbulun Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərə görə, yaralananların sayı da artıb. Terror aktları nəticəsində 239 nəfər yaralanıb.
Qeyd edək ki, iyunun 28-də gecə saatlarında Atatürk hava limanında terror törədilib. Hadisədən bir qədər sonra 36 nəfərin öldüyü, 147 nəfərin isə yaralandığı haqda məlumat yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00