Avropada köhnə siyasi elitanın böhranı yaşanır

Qitədə yeni elita formalaşır

Dünya yaranandan, dövlətlər formalaşandan bəri siyasi "elita" və onlara qarşı olan qruplar həmişə olub. Amma məhz 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində, yəni bu günlərdə dünyada baş verən maraqlı siyasi proseslərin əsas hərəkətverici qüvvəsi onilliklərdir formalaşan siyasi və iqtisadi "elitalara" qarşı gedən mübarizədir.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bunun bariz nümunəsi Avropada daha qabarıq şəkildə özünü göstərir: " Avropada son baş verən seçkilər, aşırı "sağ" və aşırı "millətçi" qrupların, siyasilərin önə çıxması tək "anti-müsəlman" və immiqrantlara qarşı olan münasibətdən irəli gəlmir, əsas ana xətt məhz "anti-elita" düşüncələridir: "Bu gün Avropanın bütün ölkələrində ənənəvi siyasi partiyaların çöküşü yaşanır, önə yeni, əsasən, gənclərdən ibarət hərəkatlar çıxır və onların da əsas düşüncəsi onillərdir formalaşan və dəyişməyən "elitalara" qarşı üsyandır. Yunanıstanda "Qızıl Şəfəq", Almaniyada "Pegida", Fransada "Front National", İtaliyada "5 ulduz hərəkatı" (Movimento 5 Stelle), İspaniyada "Podemos", Avstrayada Nobert Xofferin yrardığı yeni dalğa - siyahını çox uzada bilərəm, amma görünən odur ki, Qoca Avropada köhnə siyasi elitanın böhranı yaşanır, əsas mübarizə "anti-elita" mübarizəsidir. Yeri gəlmişkən Britaniyada keçirilən son referendumun nəticələri də "anti-elita" hərakatının nəticəsidir". Natiq Cəfərli deyir ki, ərəb ölkələrində də eyni proses cərəyan edir: " Son illər "Ərəb Baharı" adlanan fenomenin də əsas kökü cəmiyyətin, xalqın siyasi "elitadan" doyması, məhz "anti-elita" mübarizəsi idi. Hələ də "Bu hadisələri ABŞ etdi ki, neftə sahib olsun", Skandinaviya ölkələri isə , əsasən, bu "elita bəlasından" qurtulublar. Bu ölkələrdə hakimiyyətdə olmaq ciddi üstünlük qazandırmır, əksinə bir çox hallarda insan həyatını əzaba çevirir. Həmişə diqqət mərkəzində olursan, şəxsi həyatın incələnir, hər atdığın addımın hesabını verirsən, məhz buna görə də, həmin ölkələrdə siyasi elita tez-tez dəyişir. Bu çox vacib məsələdir - siyasi elita zərərli bir yükə o zaman çevrilir ki, oturuşur, illərdir yerində qalır, bütün dövlət mexanizmlərinə nəzarəti öz əlinə keçirərək, öz maraqlarına xidmət edən sistem qurur. Məsələn, bu gün Türkiyədə baş verən proses çox maraqlıdır - AKP "anti-elita" hərəkatının məhsuludur, hakimiyyətə məhz bu dalğada gəldi, amma 13 ildən sonra özü "ziyanlı elitaya" çevrildi. Eləcə də Birləşmiş Ştatlarda biz bunu grə biliirk. Son 30 ildə bu ölkənin siyasi səhnəsində Buş və Klinton ailələri önə çıxır, sanki 320 mln. əhalisi olan ölkədə digər siyasətçilər yoxdur. Əslində Obamanın seçilməsi cəmiyyətin "anti-elita" mövqeyində olmasının ilk göstəricisi idi. Amma, bu yetərli olmadı və 2011-ci ildə bütün ABŞ-ı silkələyən "Occupy Wall Street" hərəkatı ilk dəfə belə kütləvi şəkildə insanların "anti-elita" çıxışı idi. Həmin hərəkatın əsas mesajı "Onlar 1%, biz 99%-yik", şüarı idi. Hələ davam edən prezident seçkilərində birdənbirə Bernard Sandersin ciddi rəqib olması da məhz cəmiyyətin elitalara qarşı bir təpgisi idi. Amma Sandersin "aşırı sol" dili, ABŞ seçicilərini qorxutdu və onlar Klintona yönəldilər. Donald Trump kimi siyasətçinin də bu qədər popuıyar olmasının tək səbəbi cəmiyyətin bir hissəsinin onu "anti-elita" kimi görməsindən irəli gəlir. Nəticədə bu gün ABŞ-da "pis" ilə, "çox pis" arasında seçim yaşanır ki, bu da cəmiyyətin "anti-elita" gözləntilərini doğrultmur. Buna görə də, ABŞ-da yaxın 10 ildə "anti-elita" hərəkatı daha da güclənəcək".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00