Ermənistanda həbs olunan general azadlığa buraxılıb

Ermənistanda general-mayor Mels Çilinqaryan barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

"News.am"ın verdiyi məlumata görə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan general səhhətində yaranmış problemlə əlaqədar azadlığa buraxılıb.

Aprel döyüşlərindən sonra Ermənistanda bir qrup hərbçi kimi Silahlı Qüvvələrin Silahlanma İdarəsinin rəisi Mels Çilinqaryan da vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq iyunun 3-də həbs olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00