Ermənistan müdafiə naziri istefası ilə bağlı məlumatları şərh etmək istəməyib

Ermənistan müdafiə naziri Seyran Ohanyan istefası ilə bağlı yayılmış məlumatları şərh etmək istəməyib.

Ermənistan mətbuatının verdiyi məlumata görə, S. Ohanyan vətən qarşısında borcunu yerinə yetirməkdən imtina etməyəcəyini bildirib.

Qeyd edək ki, Ermənistanda müdafiə naziri və Baş Qərargah rəisi Yuri Xaçaturovun istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılıb. Səbəb kimi hakimiyyətin onların fəaliyyətindən narazılığı göstərilir. Qeyd edilir ki, bu, aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00