Baş konsulluq: İstanbulda törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
29 İyun 2016 12:34 Dünyaİstanbulun Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə Türkiyə bürosuna Azərbaycanın İstanbuldakı Baş konsolluğundan məlumat verilib.
Məlumata görə, konsulluq əməkdaşları İstanbul Valiliyi ilə əlaqə saxlayıblar: "Bizə bildirdilər ki, terror aktları nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur".
Qeyd ki, terror aktı iyunun 28-də gecə saatlarında İstanbuldakı Atatürk hava limanının beynəlxalq terminalında törədilib. Rəsmi məlumatlara görə, partlayışlar nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər isə yaralanıb.
Ölən 36 nəfərdən biri Ukrayna, biri isə İran vətəndaşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00