Ağ Ev Atatürk Hava Limanındakı terror hücumunu pisləyib
29 İyun 2016 11:25 DünyaAğ Ev administrasiyası İstanbulun Atatürk Hava Limanındakı terror hücumunu pisləyib. Ağ Ev sözçüsü Coş Earnest yazılı açıqlamasında, törədilən qanlı hadisədə həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Anadolu xəbər agentliyinin məlumatın görə açıqlamada onlarla insanın öldüyü və yaralandığı İstanbul Atatürk Hava Limanında baş verənlər kəskin şəkildə pislənilib.
Ağ Ev sözçüsü vurğulayıb ki, terror təhdidinə qarşı mübarizəmizi davam etdirərkən, dünyadakı digər dost və müttəfiqlərimizlə, NATO müttəfiqi və tərəfdaşımız olan Türkiyəyə sarsılmaz dəstəyimizi davam etdiririk.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00