İstanbuldakı terror aktını 4 İŞİD-çi törədib, onlardan biri yaxalanıb- Türkiyədən özəl xəbər ( Terror aktının tam təfərrüatı)
Atatürk hava limanında törədilən terror aktını İŞİD həyata keçirib.
29 İyun 2016 06:54 DünyaAtatürk hava limanında törədilən terror aktını İŞİD həyata keçirib.
Avropa.info - nun Türkiyə hökumətinə yaxınlığı ilə tanınan media mənsublarından əldə etdiyi məlumata görə, terror aktının 4 nəfər İŞİD üzvü tərəfindən həyata keçirildiyi artıq məlum olub.
Məlumata görə, İŞİD-çilər hava limanına girməzdən öncə, onları "x-ray" cihazı ilə təsbit etmək mümkün olub. Lakin, üzərlərində canlı bomba olduğu üçün yerindəcə zərərsizləşdirmək mümkün olmayıb. Sonradan İŞİD üzvləri ilə təhlükəsizlik qüvvələri arasında atışma olub. Daha sonra isə İŞİD-çilərdən 3-ü özünü partladıb.
İddialara görə, İŞİD üzvlərindən biri isə sağ ələ keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00