"Kiralık aşk"dakı gəlinlik libasları bu qiymətə imiş

"Kiralık aşk" serialının mövsüm finalı toy səhnəsi ilə yadda qalıb.

Türkiyə mətbuatının məlumatına görə, Elçin Sanqu və Barış Arduçun qəhrəmanlarının toyunda "Defne" iki dəfə gəlin libasında görünüb.

İlk gəlinlik iki hissədən ibarətdir - toxunma, qat-qat ətək, svarovski və opal işləməli sinə geyimi. Lakin ssenariyə görə 18 min lirəlik (təxminən 9 min manat) gəlinliyin üstünə limonad tökülür.

İkinci gəlinlik tamamilə serial üçün xüsusi olaraq 15 gündə hazırlanıb. Asan daşına bilən libasın qiymətinin 25-35 min lirə (təxminən 15 min manat) arasında olduğu deyilib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00