Məşhur müğənni xəstəxanalıq oldu
28 İyun 2016 19:23 DünyaTürkiyəli məşhur müğənni Demet Akalın xəstəxanalıq olub.
Qafqazinfo bildirir ki, ifaçı sosial şəbəkdə paylaşdığı fotosu ilə pərəstişkarlarını məyus edib.
"Epidemiyaya yoluxmuşam. Mədəm bulanırdı, halsızlıqdan yatağa düşdüm. Mədə qripi olmuşam, siz də diqqətli olun. Bu gün bir sistem qoşulacaq, daha sonra ayağa qalxa biləcəm, İnşallah. Əllərinizi bol-bol yuyun, siz də yoluxmayın", - deyə pop ulduz qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00