12 illik evlilik xəyanətə görə bitdi
28 İyun 2016 19:14 Dünya"Oskar" mükafatlı aktyor Nikolas Keyc 12 ildir evli olduğu Alise Kimdən ayrılmaq qərarını verib.
Xarici KİV-in məlumatına görə, buna səbəb həyat yoldaşının aktyora xəyanət etməsi olub. İkili boşanma qərarını mediadan gizlətməyə çalışır.
Qeyd edək ki, 52 yaşlı N.Keyc 32 yaşlı Kimlə 2004-cü ildə onun ofisiant olaraq işlədiyi restoranda tanış olub. İki ay sonra nişanlanan cütlüyün hazırda 10 yaşlı oğulları var.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00