Dünyada ən böyük almaz satışa çıxarılacaq

Dünyadakı ən böyük almaz iyunun 29-da Londonun "Sotheby`s" auksionunda satışa çıxarılacaq.

Xarici KİV xəbər verir ki, Lesedi La Rona (Bizim dünyamız) adlı almazın 3 milyard yaşı var. Onun çəkisi 1100 karat (220 qram) təşkil edir.

Ehtimal olunur ki, Lesedi La Rona almazı auksionda 70 milyon dollardan artıq qiymətə satıla bilər.

Almaz 2015-ci ilin noyabrında Botsvanadakı mədəndə aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00