İlin əvvəlindən Avropaya gələn miqrantların sayı AÇIQLANDI
28 İyun 2016 15:46 DünyaBu ilin əvvəlindən Avropaya dəniz yolu ilə gələn miqrantların sayı 222 mini keçib.
Xarici KİV xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında deyilir.
Təşkilatın məlumatına görə yanvar ayında bəri 222 291 nəfər gəmi və qayıqlarda "qoca qitə"yə pənah gətirib.
Bu zaman 2888 insanın batdığı yaxud itkin düşdüyü təsbit olunub.
Ən çox miqrant Yunanıstana (158 159 nəfər) və İtaliyaya (62 752 nəfər) gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00