Əfsanəvi qrup dağılır

Dünyanın ən məşhur rok qruplarından biri "Aerosmith" 46 illik fəaliyyətdən sonra parçalanır.
ABC bildirir ki, bunu qrupun solisti, 68 yaşlı Stiven Tayler bildirib.
"Vida turuna yollanacağıq, çünki fəaliyyətə son qoymağın vaxtı çatıb. Bu qrupu sevirəm, həqiqətən sevirəm. İndi dünyada sadəcə, iki qrup orijinal heyətlə qalıb - biz və "The Rolling Stones", - S.Tayler məşhur radioaparıcı Hovard Şternin proqramında deyib.
Stiven Taylerin sözlərinə görə, qrup gələn il fəaliyyətini dayandıra bilər.
Qrupun gitaraçısı Co Perri olayla bağlı açıqlama verməyib.
1970-ci ildə ABŞ-da yaranmış "Aerosmith" qrupunun indiyədək 150 milyon albomu satılıb. Qrup 4 dəfə "Grammy" mükafatına layiq bilinib.
Stiven Taylerin qızı, iki övlad anası, 38 yaşlı Liv Tayler isə bətnindəki üçüncü övladının oğlan olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00