Britaniyadakı referendum dünya birjalarını 3 trilyon ziyana saldı

Böyük Britaniyadakı referendumdan sonra dünya fond birjaları 2 gündə 3 trilyon dollar vəsait itiriblər.

Xarici KİV xəbər verir ki, əksər investorlar Brexit-in belə nəticəsinə hazır olmadığı üçün qiymətli kağızların ucuz qiymətə satışına başlayıblar.

Dünyanın inkişaf etmiş ölkələrinin fond birjaları 2,8 trilyon dollar, inkişaf etməkdə olan ölkələrin fond birjası isə 179 milyard dollar vəsait itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00