Binəli Yıldırım: "İsrail Türkiyənin bütün şərtlərini qəbul edib"

İsrail münasibətlərin normallaşdırılması üçün Türkiyənin bütün şərtlərini qəbul edib.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, İsrail Türkiyənin vasitəçiliyi ilə Qəzza sektoruna qoyulan blokadanın aradan qaldırılmasına razılıq verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00