Türkiyə ilə İsrail anlaşdılar

Türkiyə və İsrail münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar.

Bu barədə Trend "CNN Türk" telekanalına istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, saziş Türkiyə parlamenti və İsrail Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Türkiyə baş nazirinin sözlərinə görə, saziş qüvvəyə mindikdən sonra qısa müddətdə İsrailə səfir də təyin ediləcək.

İsrailin baş naziri Benyamin Netanyahu isə öz növbəsində bəyan edib ki, bu sazişin ölkəsinin iqtisadiyyatına böyük təsiri olacaq. Xüsusilə, İsrail hakimiyyəti Türkiyə vasitəsilə Avropaya qaz tədarükünü təşkil etmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00