İnanmaq çətindir: bu qadının 51 yaşı var Foto

Yu Ven Çinin ən məşhur qadınlarından biridir. Bu qadın görənləri heyrətləndirir.

Çünki Yu Venin 51 yaşı olsa da, o, gənc qız təsiri bağışlayır.

Daily Mail bildirir ki, Twitter-in Çindəki analoqu olan Weibo-dakı profilində 3 milyondan artıq daimi təqibçiyə malik Yu Ven fitnes pərəstişkarıdır.

Çinin Henan vilayətində yaşayan bu qadın 30 yaşından bəri fitneslə məşğul olur.

Hər gün üzdüyünü, həftədə 3 dəfə trenajor zalında məşq etdiyini vurğulayan Yu Ven hazırda Malakk boğazındakı kurortda istirahət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00