Vladimir Putin: "Böyük Britaniyanın Aİ-dən çıxması Rusiyaya təsir edəcək"
24 İyun 2016 17:44 Dünya"Rusiya "Brexit" məsələsinə heç vaxt müdaxilə etməyib, fikir bildirməyib və təsir göstərməyib".
"RİA Novosti" xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı keçirilmiş referendumu dəyərləndirərkən deyib.
"Böyük Britaniyanın Aİ-dən çıxması Avropaya və Rusiyaya təsir edəcək", - deyə Rusiya dövlət başçısı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00