Gülləyə hansı dözümlüdür: “iPhone”, yoxsa “Samsung”? Video
24 İyun 2016 19:47 Dünya"EverythingApplePro" bloqgeri "Apple" və "Samsung" istehsalı olan smartfonların gülləyə dözümlülüyünü yoxlamaq üçün sınaq keçirib.
İKT.lent.az-ın xəbərinə görə, testdə "FN FAL" avtomatından, "AR-15" yarımavtomatından və "AK-47" avtomat silahından istifadə olunub.
Videoda görünür ki, bloqger hər iki istehsalçının son model smartfonlarını - "iPhone 6s" və "Samsung Galaxy S7"ni sınaqdan keçirir. Bəlli olub ki, "Apple"ın smartfonu daha möhkəm korpusa malikdir.
"iPhone"ların korpusu metaldan hazırlanır. "Samsung" isə şüşə qapaqlardan istifadə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00