Maykl Ceksonun qızı elə sözlər dedi ki...
24 İyun 2016 19:42 DünyaPop musiqisinin kralı Maykl Ceksonun qızı Paris Cekson atası haqqında yayılan dəhşətli xəbərlərə etiraz edib.
Publika.az xəbər verir ki, 18 yaşlı Paris atasının evində axtarış zamanı çoxlu sayda çılpaq oğlan uşaqlarının şəkli və zorakılıq elementləri olan uşaq pornoqrafiya kolleksiyası aşkarlanması ilə bağlı xəbərləri təkzib edib.
O, "Twitter"də Mayklın 1995-ci ildə çəkdirdiyi "Scream" klipindən söyüşlü əl hərəkətini paylaşaraq bunları yazıb: "Təəssüf ki, mənfi nüanslı xəbərlər həmişə çox diqqət çəkir. Atama şər ataraq özlərinə yaxşı karyera qurmağa çalışan parazitləri vecimə almıram. Saf insanlar həmişə belə hücumlara məruz qalıb. Sevgili atamın məsum olduğu həqiqəti sonsuza qədər davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00