Rusiyadan Britaniyadakı referenduma ilk reaksiya

Referendum Britaniya xalqının daxili işidir.

Teleqraf.com bildirir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev deyib.
 
O əlavə edib ki, referendumun nəticələri dünya və Avropa Birliyinin iqtisadiyyatına mənfi təsir göstərəcək:
 
"Britaniyada nəyin baş verdiyini deyə bilmərəm. Referendumun nəticələri dünya iqtisadiyyatına mənfi təsirini göstərəcək. Baxın, artıq neftin qiymətində eniş nəzərə çarpır. Funt sterlinq və avronun məzənnələri də enib".
 
Qeyd edək ki, referendumun nəticələrinə əsasən, 52 faiz seçici "Brexit"in lehinə səs verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00