Moqerini: Aİ güclü oyunçu və etibarlı tərəfdaş olaraq qalacaq

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasından sonra da Aİ sülh və təhlükəsizliyi dəstəkləyərək dünya miqyasında güclü oyunçu və etibarlı tərəfdaş olaraq qalacaq.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Aİ diplomatiyasının rəhbəri Federika Moqerini deyib.

Onun sözlərinə görə, Britaniya vətəndaşları İttifaqdan çıxmaqla öz seçimlərini etdilər: "Nə qədər təəssüf etsək də, buna hörmət edirik".

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00