"Avropa heç vaxt əvvəlki kimi olmayacaq" - Olland
24 İyun 2016 16:06 DünyaBöyük Britaniya vətəndaşlarının Avropa İttifaqından (Aİ) çıxması barədə qərar Avropa üçün ciddi ağır sınaq olacaq.
Azvision.az bildirir ki, bunu Fransa prezidenti Fransua Olland deyib.
"Britaniyada səsvermə ağır sınaq olacaq", - deyə Olland vurğulayıb.
Fransa lideri, iqtisadi və maliyyə risklərinin aradan qaldırmaq üçün qətiyyətli olmağa çağırıb.
"Hər şeyi nizamlamaq üçün çox vaxt lazım olacaq. Avropa heç vaxt əvvəlki kimi olmayacaq. Biz etiraf etməliyik ki, bu gün tarix dəyişib və bu yeni hadisə Avropada nizamı dəyişir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00