Yunker: “Bu, AB-nin sonudur”

Breksit (Britain exit) Avropa Birliyi üçün sonun başlanğıcı deməkdir.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

Onun sözlərinə görə, AB-nin tərkibində Böyük Britaniyanın üzvlük məsələsinə yenidən baxılması haqqında danışıqlar olmayacaq.

Xatırladaq ki, dünən baş tutan referendumda Böyük Britaniya əhalisinin böyük bir qismi Avropa Birliyindən çıxmağa səs verib.

Londonun ittifaqın tərkibində olmasını seçicilərin 48%-i istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00