Universitetdə atışma: 4 ölü
Türkiyədə Ankara Universitetinin tibb fakültəsinin Cebeci xəstəxanası korpusunda işçilər arasındakı atışmada 4 nəfər ölüb.
24 İyun 2016 14:37 DünyaTürkiyədə Ankara Universitetinin tibb fakültəsinin Cebeci xəstəxanası korpusunda işçilər arasındakı atışmada 4 nəfər ölüb.
Milliyet bildirir ki, xəstəxananın aptekində texnik işləyən Enver T. (43 yaş) ilə əczaçılar İlknur Yüce (50), Hikmet Türk (49), Gürsu Ulaşan (53) və Özler Kiriş (34) arasında mübahisə düşüb.
Davaya keçən olayda Enver T. digərlərinə atəş açıb. Yüce, Ulaşan və Kiriş hadisə yerində həlak olublar. Başı və qarnına güllə dəyən Türk isə elə həmin xəstəxanada müdaxilə olunmasına rəğmən həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00