Martin Şults: "Aİ-nin yaxşılaşmasına və avronun müdafiəsinə dair qərarlar qəbul edilməlidir"

Böyük Britaniyada keçirilmiş referendumdan (Brexit) sonra Avropa İttifaqı (Aİ) ölkələri İttifaqın yaxşılaşmasına və avronun bazar təzyiqlərindən müdafiəsinə dair qərarlar qəbul etməlidirlər.

TASS xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) sədri Martin Şults bəyan edib.

O bldirib ki, AP iyunun 28-də keçiriləcək təcili sessiyasında Böyük Britaniyanın Aİ-ni tərk etməsini qiymətləndirən qətnaməni müzakirə edəcək.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00