"Elə açıqlamalar edərəm ki, küçəyə çıxa bilməz"
24 İyun 2016 19:09 DünyaMüğənni Hande Yener küsülü olduğu həmkarı Demet Akalının qızının fotosunun altına yazdığı qeyri-etik emoji haqda açıqlama verib.
Axşam.az xəbər verir ki, mesajı özünün yazmadığını iddia edən sənətçi deyib:
"O profil mənim deyil. Sosial media hesablarımı işlədən bir heyət var. Təhqir dolu mesajları yazanlar blok edilirlər. İşçilərim təhqir edənlərə həmin emoji ilə cavab verirlər. Mənə təhqir yazanları da saxlamışam, məhkəməyə verəcəyəm".
Hadisədən sonra Demet Akalının sərt tənqidi ilə üzləşən Hande: "Mənim də səbrim var. Bir gün elə açıqlamalar edərəm ki, küçəyə çıxa bilməz. Unudulan şeyləri yada salacağam. Onda görək, adam arasına neçə çıxacaqlar", - deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00