Ankarada xəstəxanada mübahisə 4 nəfərin ölümü ilə nəticələnib

Ankarada silahlı insident baş verib.

Türkiyənin "Hürriyet" qəzetinin verdiyi məlumata görə, hadisə Ankara Tibb Fakültəsinin xəstəxanasında qeydə alınıb.

Xəstəxananın fiziki müalicə bölməsində yerləşən aptekdə Ənvər T. adlı şəxslə əczaçılar İlknur Uca, Hikmət Türk, Kürsu Ulaşan və Özler Kiriş arasında mübahisə baş verib.

Ənvər T. sözügedən şəxslərə atəş açıb. Əczaçılardan üçü hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Saxlanılan Ənvər T. ifadəsində bildirib ki, aptek əməkdaşları onu oğurluqda ittiham ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00