"Britaniyanın AB-dən çıxması Rusiyanı vuracaq" - Rus nazir

Böyük Britaniyanın Avropa Birliyindən çıxması Rusiya üçün pis iqtisadi nəticələrə səbəb olacaq.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.

"Rusiya üçün Breksit neft qiymətlərinin düşməsi, rublun zəifləməsi, maliyyə bazarlarının dalğalanmasına səbəb olacaq" - Siluanov belə deyib.

Britaniyalıların AB-dən çıxmaq qərarı funtun ardınca Fransa fond birjasını çökdürüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00